Emin Mahmudovdan Avropada turun qolu
22.11.2023 - 09:25

AVRO-2024-ün seçmə mərhələsində IX turunun ən yaxşı qolu müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.
Bu mükafatı Azərbaycan millisinin kapitanı Emin Mahmudov qazanıb. 31 yaşlı yarımmüdafiəçinin Bakıda İsveçə vurduğu top Avropada turun qolu seçilib. O, 89-cu dəqiqədə uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qeyd edək ki, Emin 3:0 hesablı qələbəyə 2 qolla töhfə verib.
0
0