Emreli "Nürnberq"də debüt edib
21.09.2024 - 16:45

Azərbaycan yığmasının üzvü Mahir Emreli Almaniyanın II Bundesliqa təmsilçisi "Nürnberq"də debüt edib.
Apasport.az xəbər verir ki, yığma üzvü hazırda davam edən "Herta" ilə matçın 39-cu dəqiqəsində meydana daxil olub.
O, zədələnən Benyamin Qolleri əvəzləyib.
Qeyd edək ki, Berlin təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
0
0