Emreli oynadı, komandası məğlub oldu
06.12.2024 - 23:26

Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" də növbəti matçına çıxıb.
Komanda "Elversberq"in qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Həmyerlimiz görüşə start heyətində çıxıb və 90 dəqiqə meydanda olub. O, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Nürnberq" 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
0
0