Emrelinin seriyası qırıldı
08.11.2024 - 23:59

Almaniya 2-ci Bundesliqasında XII turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" "Kayzerslautern"i qəbul edib.
Oyun 0:0 hesabı ilə başa çatıb.
Emreli görüşə start heyətində başlayıb. O, matçın 73-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "Nürnberq" 18 xalla 6-ci pillədə qərarlaşıb.
0
0