Ən erkən start
19.01.2025 - 11:31

Misli Premyer Liqasının 2024/25 mövsümünün ikinci yarısı yanvarın 17-də start götürüb.
Apasport.az xəbər verir ki, bu, ölkə çempionatlarında ilin ən erkən startıdır. Bunadək heç vaxt ilin ilk 17 günündə çempionat matçı keçirilməyib.
Əvvəlki illərdə ən erkən start yanvarın 21-nə təsadüf edib. 2020/21 mövsümünün üç, ötən çempionatın bir qarşılaşması ilin 21-ci günündə baş tutub.
0
0