Estoniya – Azərbaycan oyununun yeri dəqiqləşdi
16.08.2023 - 09:42

Estoniya – Azərbaycan oyununun yeri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq matçın stadionu dəqiqləşib. Estoniya - Azərbaycan oyunu Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.
Qarşılaşmabu il oktyabrın 13-də keçiriləcək Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
0
0