Fatih Terim Bakıda
15.11.2024 - 19:51

Tanınmış türkiyəli mütəxəssis Fatih Terim ölkəmizə gəlib.
Apasport.az xəbər verir ki, o, “Qarabağ”ın dəvəti ilə Azərbaycana təşrif buyurub.
Fəxri qonaq “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.
0
0