"Fənərbaxça" heyətini gücləndirməkdə davam edir
16.07.2024 - 21:55

"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Beşiktaş"dan ayrılan Cenk Tosunu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Fənərbaxça" azad agent statusu ilə komandaya qoşulan türk forvardla 2 illik müqavilə imzalayıb. Futbolçu bu müddət ərzində 2,5 milyon avro maaş alacaq.
0
0