"Fənərbaxça" və "Beşiktaş"ın qara gecəsi...
01.12.2023 - 02:14

UEFA Konfrans Liqasında V turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Türkiyənin iki təmsilçisi "Beşiktaş" və "Fənərbaxça" növbəti oyunlarına çıxıblar.
"Qara qartallar" doğma meydanda Brüqqedən nə az, nə çox 5 cavabsız qol buraxıb.
Konfrans Liqasında Türkiyənin digər təmsilçisi "Fənərbaxça" isə səfərdə "Norşellann"ın qonağı olub. Matç ev sahibi komandanın 6:1 hesablı qələbəsi ilə nəticələnib.
Qeyd edək ki, geridə qalan 5 turdan sonra "Beşiktaş"ın qrupdan çıxma şansı qalmayıb. "Fənərbaxça" isə qrupda ardıcıl aldığı 2 məğlubiyyətdən sonra ilk pillədən 3-cü yerə yuvarlanıb.
0
0