Fitnes məşqçiləri üçün UEFA B kursu başlayıb
06.01.2025 - 13:09

AFFA-nın təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun sonuncu – 5-ci mərhələsi başlayıb.
Apasport.az xəbər verir ki, məşğələlərə AFFA Təhsil Proqramının rəhbəri Aslan Kərimov və UEFA təlimatçısı İvi Casagrande rəhbərlik edirlər.
Kurs yanvarın 8-dək davam edəcək.
0
0