
Formula-1 üzrə Azərbaycan Qran-Prisinin keçirilmə vaxtı dəyişdirilə bilər.
Apasport.az-ın məlumatına görə, hər ilin aprel ayında təşkil olunan yarışın sentyabra keçirilməsi müzakirə olunur.
Bu barədə britaniyalı jurnailst Co Seyvard öz bloqunda yazıb. O, tarix bəlli olmasa da, Azərbaycan Qran-Prisinin payızda Sunqapur yarışından öncə keçiriləcəyini bildirib.
Qeyd edək ki, 2024-cü ildə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Priləri bazar günü deyil, şənbə keçiriləcək. Buna səbəb Ramazan ayının martın 10-da, bazar günü başlamasıdır. Nəticədə yarışlar Bəhreyndə martın 2-də, Səudiyyə Ərəbistanında isə ayın 9-da təşkil olunacaq.