“Formula-1” üzrə Azərbaycan Qran-Prisi sentyabrda keçiriləcək
05.07.2023 - 18:00

“Formula-1”in 2024-cü il üçün təqvimi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan Qran-Prisinin də vaxtı dəqiqləşib.
Bakıda keçiriləcək yarış mövsümün 17-ci mərhələsi olacaq. Qran-Pri sentyabrda baş tutacaq. Ayın 13-14-də təsnifat yarışları, 15-də əsas yürüş təşkil olunacaq.
Qeyd edək ki, 2024-cü ildə ümumilikdə 24 mərhələ keçiriləcək.
0
0