“Formula-2”: Günün ilk qəzası
11.06.2022 - 14:02

Azərbaycan Qran-prisində günün ilk qəzası baş verib.
Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə “Formula-2” üzrə sprint yarışında yaşanıb.
“Prema”nin pilotu Dennis Xauqerin bolidi qoruyucu səddə çırpılıb. 14-cü dövrədə Teo Purşeri ötməyə çalışarkən səhvə yol verən norveçli idarəetməni itirib. Nəticədə 19 yaşlı pilot iştirakını başa vurub.
0
0