“Formula-2”: Qaliblər mükafatlandırıldı
12.06.2022 - 12:33

Azərbaycan Qran-prisində növbəti mükafatlandırma mərasimi təşkil olunub.
Apasport.az saytının məlumatına görə, “Formula-2” üzrə ikinci dəfə qaliblər mükafatlandırılıb.
Bu gün keçirilən sonuncu yarışı zirvədə tamamlayan Dennis Xauqer (“Prema”) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Müvafiq olaraq 2-3-cü yerləri tutan Loqan Sarcent (“Karlin”) və Felipe Druqoviç (“MP Motorsport”), həmçinin 4-cü olan Yehan Daruvala (“Prema”) da kubokla mükafatlandırılıb.
Qeyd edək ki, dünən keçirilən sprint yarışının qalibi Frederik Vesti (“Art Grand Prix”) olub.
0
0