Fransa səfiri Milli Gimnastika Arenasında
23.02.2024 - 11:03

Fransa Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Pier-Antuan Ferasen Milli Gimnastika Arenasında qonaq olub.
Apasport.az xəbər verir ki, o, fevralın 23-dən 25-nədək Azərbaycanda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda iştirak edəcək Fransa milli komandasının üzvləri ilə görüşüb.
Ferasen onlara uğurlar arzulayıb və komanda ilə birgə xatirə şəkli çəkdirib.
0
0