"Gəncə" oyunçusu ilə müqavilə yenilədi
12.09.2024 - 12:56

Azərbaycan Basketbol Liqasına hazırlıqları davam etdirən "Gəncə" klubu Maqsud Rüstəmov ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, ötən mövsümdən "sarı-göylər"in şərəfini qoruyan 22 yaşlı basketbolçu ilə bir illik müqavilə imzalanıb.
197 sm boya malik Rüstəmov hücumçu mövqeyində çıxış edir. O, 14 nömrəli forma ilə oynayacaq.
0
0