Gimnastika üzrə 3 Dünya Kuboku Bakıda keçiriləcək
15.01.2024 - 13:34

Bakıda gimnastika üzrə 3 Dünya Kuboku keçiriləcək.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla bildirir ki, 2024-cü ilin ilk mötəbər turniri fevralın 23-25-də batut gimnastikası və tamblinq üzrə olacaq.
Yarış Milli Gimnastika Arenasında keçiriləcək.
Qeyd edək ki, adıçəkilən məkan martın 7-10-da idman gimnastikası, aprelin 19-21-də isə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
0
0