Güləşçimiz erməni Avropa çempionunu məğlub edib medal qazandı
23.04.2023 - 19:34

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Apasport.az, 60 kq-da yarışan idmançımız 2020-ci ilin Avropa çempionu olmuş ermənistanlı Gevorq Qaribyanla qarşılaşıb.
Rəqibinə 9:5 hesabı ilə qalib gələn Nihat Məmmədli Avropa 3-cüsü olub.
0
0