
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Apasport.az saytının məlumatına görə, bu gün sərbəst güləş üzrə millinin son 3 üzvü mübarizəyə qoşulub.
İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4.
Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsı üstələyib - 6:1. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəlili ilə qarşılaşıb. Təəssüf ki, görüşdən 9:2 hesabı ilə rəqib qalib ayrılıb. Üçqat dünya çempionumuz sabah bürünc medal uğrunda yarışacaq.
Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib - 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib - 0:10.