Hakimlərimizə beynəlxalq təyinat
21.02.2025 - 16:53
Hakimlərimizə beynəlxalq təyinat

Futzal üzrə FİFA referilərimiz beynəlxalq təyinat alıb.

Apasport.az xəbər verir ki, Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılovdan ibarət briqada AVRO-2026-nın 3-cü qrupu çərçivəsində keçiriləcək Türkiyə - Slovakiya görüşünü idarə edəcək.

Martın 12-də Erzincan şəhərində baş tutacaq matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, oyunun hakim-inspektoru xorvat İvan Novak olacaq.