Halandın “Mançester Siti”yə keçidi rəsmiləşdi
13.06.2022 - 15:40

Norveç yığmasının və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandın “Mançester Siti”yə keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.
21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, 2027-ci ilin yayına qədər Premyer Liqa klubunda çıxış edəcək.
Qeyd edək ki, Halandın keçidinin razılaşdırılması mayın 10-da açıqlanmışdı. Onun keçidi üçün Almaniya klubuna 75 milyon avro ödənilib. Haland bonuslardan əlavə həftədə 350 min funt sterlinq qazanacaq.
0
0