
Paris Yay Olimpiya oyunlarınının yunan-Roma güləşi üzrə yarımfinalda təmsilçimiz Həsrət Cəfərovun rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə üz-üzə gələcək.
H. Cəfərov Azərbaycan əsilli Ukrayna yunan-Roma güləşçisi, Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı Pərviz Nəsibovla qarşılaşacaq.
***
15:07
Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov növbəti görüşünə çıxıb.
O, 1/4 finalda Moldova təmsilçisi Valentin Petiçlə qarşılaşıb.
İdmançımız rəqibini məğlub edərək yarımfinala yüksəlib.
***
13:41
Paris Yay Olimpiya oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, idmançımız Həsrət Cəfərov 67 kq çəki dərəcəsində mübarizəyə qoşulub.
O, ilk Olimpiya oyununda Misir təmsilçisi Mohamed Eısayed ilə üz-üzə gəlib.
1/8 finalda mübarizəyə başlayan Həsrət Cəfərov rəqibini məğlub edib - 9:0.
Beləliklə, o 1/4 final mərhələsinə vəsiqə qazanıb.