HİK-in baş məşqçisi Bakıda jurnalistlər önünə çıxmadı
10.08.2023 - 22:24

“Qarabağ”la oyundan sonra HİK-ın baş məşqçisini iştirakı ilə mətbuat konfransı təşkil edilməyib.
Apasport.az saytı xəbər verir ki, rəqib komandanın təyyarəsinin uçuşuna az vaxt qalması buna səbəb olub.
Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”a 1:2 hesabı ilə uduzan Finlandiya çempionunun oyundan əvvəl planlaşdırılan mətbuat konfransı və məşqi də keçirilməyib.
Qeyd edək ki, qonaq komanda havanın isti olması ilə əlaqədar paytaxtımızda az vaxt keçirib.
0
0