İddiaçılar turnirinin yeri dəqiqləşdi
28.03.2023 - 09:26

Şahmat üzrə İddiaçılar turnirinin yeri və vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, həm kişilər, həm qadınlar arasında yarış Kanadanın Toronto şəhərində keçiriləcək.
Turnirlər 2024-cü il aprelin 3-25-də təşkil olunacaq. Hər iki yarışda 8 iştirakçı mübarizə aparacaq. Turnirlərin hər birinin mükafat fondu 750 min avro olacaq.
Qeyd edək ki, indiyədək kişi və qadınların İddiaçılar turnirinin eyni yerdə keçirilməyib.
0
0