İdmançılarımız Dünya Kubokunda yarışacaqlar
13.02.2024 - 12:57

İdman gimnastikası üzrə yığma komandamızın üzvləri ölkəmizi Dünya Kubokunda təmsil edəcəklər.
Apasport.az xəbər verir ki, 15-18 fevral tarixlərində Misirin paytaxtı Qahirə şəhərində, 22-25 fevral tarixlərində isə Almaniyanın Kotbus şəhərində keçiriləcək Dünya Kubokunda 5 idmançımız iştirak edəcək.
Kişilər arasında Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, qadınlar arasında isə Nazənin Teymurova mübarizə aparacaq.
0
0