İmişlidə yeniyetmə futbolçu faciəvi şəkildə öldü
19.01.2023 - 11:20

İmişlidə bədbəxt hadisə baş verib.
Apasport.az Azərtac-a istinadən xəbər verir ki, yeniyetmə hamamda çimərkən dəm qazından boğularaq ölüb.
Hadisə ötən gün axşam saatlarında İmişli şəhəri Nəriman Nərimanov küçəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü Miryusif Rövşən oğlu Feyziyev yaşadığı evin hamamında çimərkən dəm qazından zəhərlənərək ölüb.
O, rayonun aşağı yaş qrupu üzrə futbol yığmasının qapıçısı olub.
Faktla bağlı araşdırma aparılır.
0
0