
Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.
Apasport.az xəbər verir ki, daha 2 cüdoçumuz bu gün bürünc medal üçün tatami üzərinə çıxacaqlar.
İkiqat paralimpiya çempionumuz İlham Zəkiyev təsəlliverici görüşdə Niderland təmsilçisi Daniel Kneqti ipponla üstələyib.
+70 kq çəkidə yer alan idmançımız Xatirə İsmiyeva isə təsəlliverici görüşdə Venesueladan olan Danitza Yoccelinlə üz-üzə gəlməli idi.
Rəqib tatamiyə çıxmadığı üçün İsmiyeva qalib elan olunub.
Qeyd edək ki, İsmiyeva bürünc medal uğrunda Qarsiya Kristella ilə (ABŞ), Zəkiyev isə Qanbat Daştserenlə (Monqolustan) görüşəcək.