İsveç - Azərbaycan oyununun stadionu açıqlandı
07.12.2022 - 14:42

İsveç - Azərbaycan oyununun yeri və vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq görüş Solna şəhərində təşkil olunacaq.
2023-cü il martın 27-də keçiriləcək qarşılaşma “Friends Arena”da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, millimiz seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə eyni qrupda mübarizə aparacaq.
0
0