Kadi bu klubla razılığa gəldi - müqavilə günü bilindi
30.12.2022 - 15:59

"Qarabağ" və Rusiyanın "Krasnodar" klubları Kadi Borgesin transferi ilə bağlı razılıq əldə ediblər.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 2023-cü il yanvar ayının 12-də Dubayda "Krasnodar"la rəsmi müqavilə imzalayacaq.
Klubun təlim-məşq toplanışı Dubayda olduğu üçün Kadi birbaşa ora yollanacaq (sportlife.az).
Qeyd edək ki, Kadi Borges 2021-ci ildən "Qarabağ"ın formasını geyinir.
0
0