"Kəpəz" Bakıdakı məşqləri tamamladı
06.01.2023 - 22:34

Çempionatın ikinci hissəsinə hazırlaşan "Kəpəz" Gəncədəki məşqlərini başa vurub.
Apasport.az xəbər verir ki, futbolçulara bir günlük istirahət verilib. “Sarı-göylər” təlim-məşq toplanışı üçün sabah səhər saatlarında Türkiyəyə gedəcəklər.
Kollektiv Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanacaq. “Kəpəz” Bələkdə "Limak Atlantis" hotelində qalacaq. Qardaş ölkədə olduğu müddətdə Gəncə komandası 3 yoxlama oyunu da keçirəcək.
0
0