"Kəpəz" Qəbələdə "Turan Tovuz"la yoxlama matçı keçirəcək
02.07.2024 - 13:31

"Kəpəz" klubu Qəbələdə "Turan Tovuz"la yoxlama matçı keçirəcək.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş iyulun 10-da, saat 17:00-da başlayacaq.
Qeyd edək ki, "Kəpəz" iyulun 14-də Azərbaycan Premyer Liqasının digər təmsilçisi "Şamaxı" ilə yoxlama matçında üz-üzə gələcək. Bu oyunun start fiti Qəbələ şəhər stadionunda, saat 17:30-da səsləndiriləcək.
0
0