“Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub
18.01.2025 - 13:21

Misli Premyer Liqasının XIX turunda sabah keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edəcək.
0
0