“Kəpəz” yeni transferini açıqlayıb
24.01.2025 - 20:48

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Trent Buhagiar “sarı-göylər”in şərəfini qoruyacaq.
Klub yarımmüdafiəçi ilə 6 ay +1 illik müqavilə imzalayıb.
Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından “Breşiya” olub.
0
0