
"Kəpəz" yeni baş məşqçisi Adil Şükürovun rəhbərliyi altında ilk məşqə çıxıb.
Apasport.az xəbər verir ki, məşq Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutub.
Həmçinin yeni baş məşqçinin gəlişiylə Gəncə təmsilçisinin məşqçilər korpusunda dəyişikliklər baş verib. Belə ki, bunadək "Neftçi"nin U-19 kolmandasının baş məşqçisi olmuş İlyas Qurbanov hazırda Şükürovun əsas köməkçisi sayılır. Gəncəli məşqçi Zaur Əsədov da əsas komandada yer alıb. Şükürov sabiq baş məşqçi Azər Məmmədovun vaxtındakı köməkçi məşqçilərdən analitik İlkin Verdiyev və qapıçılarla işləyən məşqçi Tariyel Hüseynovu saxlayıb.
Xatırladaq ki, "Kəpəz" Premyer Liqada yaranan iki həftəlik fasilədən sonra "Səbail"in qonağı olacaq.
- Şəhriyar Əliyev: “Messiyə görə bu dəfə Argentinaya azarkeşlik edəcəyəm”
- Aysun Əliyeva: "Komanda olaraq birliyimiz hər oyunda özünü göstərir" - Müsahibə
- Nikola Yurçeviç: “Azərbaycan birincilik uğrunda Slovakiya ilə yarışacaq”
- Bekhemin oğlu Premyer Liqa klubunda - FOTO
- Tahir Gözəl: "Xalqımızı sevindirməyə çalışacağıq"