“Kəpəz”də yeni müqavilə
13.07.2024 - 11:20

“Kəpəz” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Apasport.az xəbər verir ki, bunu Gəncə klubunun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Əli Səmədovla müqaviləni yeniləyib. 27 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gəncə futbol məktəbinin yetirməsi
2015-ci ildən "sarı-göylər"in şərəfini qoruyur.
0
0