“Kəpəz”in futbolçusu “Ayın qolu” mükafatını ALDI
14.04.2024 - 18:21

“Ayın qolu” layihəsi çərçivəsində mart ayının qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu nominasiyada “Kəpəz”in hücumçusu Martins Junior fərqlənib.
Afrikalı forvarda “Səbail” – “Kəpəz” görüşündən əvvəl mükafatlar təqdim olunub. Ona mükafatları Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
0
0