
Krakov-2023 III Avropa Oyunlarının badminton yarışlarında pley-off mərhələsinin oyunları keçirilir.
Apasport.az saytının məlumatına görə, qadınların fərdi yarışlarında çıxış edən Azərbaycan təmsilçisi Keyşa Fatimə Zəhra 1/8 final matçına çıxıb.
Badmintonçumuz isveçrəli Jenjira Stadelmanla qarşılaşıb. Keyşa ilk setdə 21:16 hesablı qələbə qazanıb.
Badmintonçumuz ikinci hissədə məğlubiyyətə üzülüb – 12:21. Cütün taleyi son setdə həll olunub.
Keyşa 15:21 hesabı ilə uduzaraq Avropa Oyunları ilə vidalaşıb. Bununla da badminton yığmamız yarışı medalsız başa vurub.
Qeyd edək ki, bu gün keçirilən kişilərin fərdi yarışlarının 1/8 finalında qüvvəsini sınayan Edi Reski Dviçayo finlandiyalı Kalle Koljonenə 0:2 (18:21, 14:21) hesabı ilə uduzub.
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
- Millimizin baş məşqçisi türk olacaq - Bülent Qorxmaz adı ön planda...
- Azərbaycan millisinin oyunları ləğv olundu
- Superkubok matçı İtaliyada keçiriləcək
- Adil Şükürov: "Uğura gedən yollar müxtəlifdir"