Krakov-2023: Kikboksçumuz medalı təmin etdi - FOTOLENT
30.06.2023 - 12:57

Krakov-2023 III Avropa Oyunlarında kikboksinq yarışları start götürüb.
Apasport.az saytının məlumatına görə, bu gün 1/4 final görüşləri keçirilir.
Azərbaycan təmsilçisi Fərid Ağamoğlanov (63,5 kq) bu mərhələdə Filip Barak (Slovakiya) ilə görüşüb. 3:0 hesabı ilə qalib gələn idmançımız yarımfinala vəsiqə qazanıb.
O, bununla da medallardan birini təmin edib. Fərid finala vəsiqə uğrunda döyüşə sabah çıxacaq.
Qeyd edək ki, digər kikboksçumuz Elşad Şahbazov (86 kq) bu raundda Artyom Melniklə (Ukrayna) qarşılaşacaq.
- 18 yaşlı mərkəz müdafiəçisi “Liverpul”da
- Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatasının 2-ci günündə idmançılarımızdan 3 medal
- Bakıda boks üzrə Çempionlar Gecəsi təşkil olunacaq
- "Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli olub
- "Trabzonspor" "Liverpul"da oynamış serb futbolçunu heyətinə qatdı
0
0