
Krakov-2023 III Avropa Oyunlarında çimərlik futbolu yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün qrup mərhələsində II turun oyunları keçirilir.
Azərbaycan millisi Avropa Oyunlarında ikinci matçına çıxıb. A qrupunda yer alan yığmamız Portuqaliya ilə qarşılaşıb.
İlk turda Polşaya 2:7 hesabı ilə uduzan millimiz meydana xal qazanmaq üçün çıxıb. Komandamız Orxan Məmmədovun qolu ilə hesabı açıb. Amma yığmamız üstünlüyü qoruya bilməyib və 2:5 hesabı ilə uduzub.
Qeyd edək ki, qrupun digər matçında Polşa İspaniya ilə üz-üzə gələcək.
Avropa Oyunları
Çimərlik futbolu
28 iyun
A qrupu, II tur
18:00. Portuqaliya - Azərbaycan - 5:2
Qollar: Orxan Məmmədov, 6, 31