Krakov-2023: Snayperlərimiz hədəfə düşmədi
23.06.2023 - 13:00

Krakov-2023 III Avropa Oyunlarında atıcılıq yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, qarışıq komandaların tapança ilə 10 m məsafədən atəş açma yarışında seçmə mərhələnin A qrupunda mübarizə yekunlaşıb.
Azərbaycan təmsilçiləri Ruslan Lunyov və Nigar Nəsirova burada 572 xal toplayıb. Təmsilçilərimiz 28 cüt arasında
572 xal 17-ci yeri tutub.
Bununla da snayperlərimiz finala adlaya bilməyib. Bu raunda hər qrupdan 4 komanda yüksəlib.
Qeyd edək ki, Ruslanla Nigar dünən baş tutan fərdi yarışlarda da finaldan kənar qalıb.
0
0