
Misli Premyer Liqasının VIII turunun "Şamaxı" - "Turan Tovuz" matçından (2:2) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
"Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi".
- Əsas heyətin bir neçə üzvü ehtiyatda idi. Bunun xüsusi səbəbi var idi?
- Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qaderiyə də şans vermək və onları meydanda görmək istədik.
- Qapıçı dəyişikliyi Konovalovun ötən oyundakı səhvinə görə idi?
- Xeyr. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən.
- Komandanın enişdə olduğunu demək olar?
- Xeyr. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik.