
“Qarabağ”ın futbolçusu Leandro Andrade bu mövsüm Çempionlar Liqasında oynaya bilər.
Apasport.az saytına verilən məlumata görə, kabo-verdeli oyunçuya Serbiyadan təklif gəlib.
“Srvena Zvezda” “Qarabağ”ın aparıcı futbolçusunu transfer etməyi planlaşdırır.
Serblər “Qarabağ”ın onu buraxmaq istəyində olub-olmadığını soraqlayıb. Hələ ki, Ağdam klubu Andradenin gedişini istəmir.
Hətta ötən mövsüm “Şanxay Şenxua”dan gələn 5 milyonluq təklif də geri çevirilib.
Buna baxmayaraq, “Srvena Zvezda” Leandroya görə “Qarabağ”a təklif göndərəcək. Serbiya çempionu bu mövsüm Çempionlar Liqasında oynayacaq.
Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi 2022-ci il yanvarın 13-də “Çerno More”dən ayrılaraq “Qarabağ”a keçib.
Onun Azərbaycan çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.