
“Araz-Naxçıvan” bu qış maraqlandığı iki futbolçunun da keçidini reallaşdıra bilməyib.
Apasprot.az saytına verilən məlumata görə, öncə Allan Luislə danışıqlar gedib.
Səudiyyə Ərəbistanının “Əl-Adalah” klubunda oynayan braziliyalını maliyyə məsələsində razı salmaq mümkün olmayıb.
Halbuki “Araz-Naxçıvan” bu futbolçunu yayda da heyətinə qatmaq üçün danışıq aparmışdı.
“Araz-Naxçıvan” braziliyalının keçidini reallaşdıra bilmədiyi üçün ikinci variant kimi “Neftçi”dən ayrılan Kilan Lebona təklif göndərib.
Məlumata görə, Sent-Martin millisinin üzvü də yüksək maaş tələb edib. Ona görə də, onun keçidi də baş tutmayıb.