Lunyev “Qarabağ”la 2 illik müqavilə imzalayacaq
19.08.2023 - 10:36

“Qarabağ”ın heyətinə qatmağa hazırlaşdığı Andrey Lunyev Bakıya gəlib.
Apasport.az saytının məlumatına görə, qapıçı Azərbaycan çempionu ilə müqavilə imzalayacaq.
Onun anlaşması 2 illik olacaq. 31 yaşlı rusiyalı qolkiper mövsümdə 200 min avro qazanacaq.
Qeyd edək ki, “Bayer”in sabiq qapıçısı azad agent kimi “Qarabağ”a qoşulacaq.
0
0