Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq
25.03.2024 - 13:13

Rusiya millisinin qapıçısı Andrey Lunyov bu gün "Qarabağ"ın düşərgəsinə qoşulacaq.
Apasport.az xəbər verir ki, bu barədə Lunyov "Championat" nəşrinə açıqlamasında məlumat verib.
Qeyd edək ki, bu gün keçirilməli olan Rusiya-Paraqvay yoldaşlıq oyunu “Crocus City Hall”da törədilmiş terror aktına görə ləğv edilib.
Rusiya martın 21-də Serbiyaya dörd cavabsız qolla qalib gəlib. Andrey Lunyov bu matçda meydana çıxmayıb.
0
0