Mahir Emreli ZƏDƏLƏNDİ
07.01.2024 - 10:20

Azərbaycan millisinin üzvü və Zaqreb təmsilçisi "Dinamo"nun futbolçusu Mahir Emreli zədələnib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, hücumçu “Roqaşka” ilə qarşılaşmada ciddi zədələnərək 60-cı dəqiqədə əvəzlənib.
Müayinədən sonra Emrelinin diaqnozu müəyyən olunacaq.
Qeyd edək ki, qarşılaşma xorvatiyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
0
0