Mahir oynamadı, komandası qələbə qazandı
08.02.2025 - 19:23

Almaniya II Bundesliqasında XXI turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" də növbəti matçına çıxıb.
Komanda səfərdə "Maqdeburq"la qarşılaşıb. Görüş qonaqların 4:3 hesablı qələbəsi ilə nəticələnib.
Həmyerlimiz qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və meydana daxil olmayıb.
Qeyd edək ki, "Nürnberq" bu qələbədən sonra 31 xalla 9-cu pillədə yer alıb.
0
0