Maks Ferstappen: “Xoş gündür”
12.06.2022 - 16:54

“Bu gün avtomobildə inanılmaz tempimiz var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi Maks Ferstappen deyib.
“Red Bull”un pilotu Bakı trasındakı qələbəsini şərh edib: “Bolidin balansından çox məmnunam. Komanda olaraq 1-2-ci yerlərdə qərarlaşdığımız üçün, həqiqətən də, xoş gündür”.
Qeyd edək ki, Azərbaycan Qran-prisində Serxio Peres (“Red Bull”) ikinci, Corc Rassell (“Mercedes”) isə üçüncü yeri tutub.
0
0