
Futzal üzrə Yüksək Liqada «yarpaq tökümü» başlayıb.
Apasport.az "sportinfo"ya istinadən məlumat verir ki, “Alyans” mövsümün əvvəlində çıxışını dayandırıb.
Lənkəran klubu bununla bağlı federasiyanı məlumatlandırıb. Cənub təmsilçisi dekabrın 8-də keçiriləcək ikinci dövrənin son turunda meydançaya çıxmayacaq.
Səbəb oyunçuların üzləşdiyi maliyyə çətinliyidir. İranlı iş adamları komandaya maddi dəstəyini dayandırıb.
“Alyans” 9-cu turda U-19 ilə üz-üzə gəlib, ancaq bu matç başa çatmayıb.
Oyuna daha yaxşı başlayan və xüsusilə də ikinci hissədə ardıcıl qollar vuraraq hesabda 5 top fərqi ilə önə keçən U-19 ilk qələbəsinə yaxın olduğu məqamda, “Alyans”ın qapıçısı İmran Məhərrəmov rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə 32-ci dəqiqədə qırmızı vərəqə aldıgına və Lənkəran təmsilçisinin heyətində ikinci kiper olmadığına üçün futzal oyun qaydalarına uyğun olaraq, hakimlər oyunu bərpa etməyib.
Oyun dayandırılan vaxt hesab 6:1 U-19-un xeyrinə olub. Bu matçın yekun nəticəsi ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.