Marko Roys yeni klubla razılığa gəlib
17.07.2024 - 23:41

Dortmund "Borussiya"sı ilə yollarını ayıran Marko Roysun yeni klubu dəqiqləşib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, almaniyalı yarımmüdafiəçinin ABŞ-ın "Los Anceles Qalaksi" klubu ilə razılığa gəldiyini bildirib. 35 yaşlı futbolçunun tezliklə MLS təmsilçisinə keçəcəyi gözlənilir.
Qeyd edək ki, 2012-ci ildən “Borussiya”da çıxış edən Marko Roys bu yay Dortmund klubundan ayrılıb. O, bu klubla 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb.
0
0